
Ədalət Cəlal oğlu Muradov
Ədalət Cəlal oğlu Muradov
1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1995-ci ildə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olmuş və 1998-ci ildə “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmış, Makroiqtisadiyyat, İqtisadiyyatın dövlət tənzimlənməsi, Azərbaycanın iqtisadi siyasəti fənlərini tədris etmişdir. 3 dərs vəsaitinin, 3 monoqrafiyanın, 3 tədris proqramının, 60-dan artıq elmi məqalənin müəllifidir. 2002-ci ildən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində (indiki İqtisadiyyat Nazirliyi) çalışmışdır. 2002-2007-ci illərdə həmin nazirliyin “Makroiqtisadi təhlil və proqnozlaşdırma”, 2007-2009-cu illərdə “Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı”, 2009-2014-cü illərdə isə “İqtisadi siyasət, təhlil və proqnozlaşdırma” şöbələrinə rəhbərlik etmişdir. İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqçılar Qrupunun üzvü, Xidmətlər üzrə İşçi Qrupun rəhbəri olmuşdur.
5 mart 2014-cü il tarixindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsini icra edir.

Mətin Balasən oğlu Eynullayev
Mətin Balasən oğlu Eynullayev
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olmuşdur.
1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Özəl Hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.
2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 may tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 avqust tarixli Sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 may tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.

Mikayıl Gəray oğlu Zeynalov
Mikayıl Gəray oğlu Zeynalov
1988-1990-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib.
1992-ci ildə Bakı Maliyyə İqtisad Kollecini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirib.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasını bitirib.
2011-ci ildə “Dövlət hakimiyyəti orqanları ilə bələdiyyələrin qarşılıqlı əlaqələrinin hüquqi tənzimlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1992-ci ilin avqustundan Respublika Əmanət Bankının Qaradağ rayon şöbəsində böyük mühasib, baş iqtisadçı, baş təftişçi vəzifələrində çalışıb.
1993-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən Beyləqanın müdafiəsi və Fizuli rayonunun bir neçə kəndinin: Böyük-Bəhmənlinin, Yağlıvəndin, Arayatlının, Babının, Horadizin, Əhmədalıların, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşmən tapdağından təmizlənməsində fəal iştirak edib.
1994-cü ilin aprel ayının 21-də Horadiz kəndi yaxınlığında gedən döyüşdə güclü xəsarət alıb.
1997-ci ilin avqust ayından 2009-cu ilin fevral ayınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu üzrə Maliyyə İdarəsində məsləhətçi, şöbə müdiri, sektor müdiri vəzifələrində çalışıb.
Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetndə iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edir.

Yaşar Atakişi oğlu Kəlbiyev
Yaşar Atakişi oğlu Kəlbiyev
1982-1989-cu illərdə (1983-1985-ci illərdə sovet ordusunda hərbi xidmət) M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda
(indiki Azərbaycan Dövlət Neft Akademiyası) İqtisadçı-mühəndis ixtisası üzrə təhsil alıb.
1991-1993-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasında təhsil alıb.
1999-cu ildə iqtisad elmləri namizədi, 2010-cu ildə isə iqtisad elmləri doktoru elmi dərəcəsi və dosent elmi adı alıb.
Əmək fəaliyyəti:
1989-1991 – M.Əzizbəyov adına Neft və Kimya İnstitutu, stajçı-tədqiqatçı və mühəndis;
1994-1995 – M.Əzizbəyov adına Neft və Kimya İnstitutu, “Maşınqayırma sənayesinin iqtisadiyyatı və idarəedilməsi” kafedrası, assistent;
1995-1999 – “Təfəkkür” Universitetində baş iqtisadçı və baş mühasib;
1999 – Vergilər Nazirliyi sistemində şöbə rəisi, Tədris Mərkəzinin rəisi;
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi vəzifələrində işləyib.
2008-2015-ci ilərdə “Vergi və vergiqoyma” kafedrasının müdiri, “Maliyyə və maliyyə institutları” kafedrasının professoru vəzifələrində çalışıb.
06 oktyabr 2017–ci ildə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilib.
Hazırda UNEC-in “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiridir.
İqtisadiyyatın müxtəlif sahələrinə dair 4 dərslik və dərs vəsaitinin, 2 monoqrafiyanın müəllifidir. 60-dan çox elmi məqaləsi respublikada və xaricdə nəşr olunub.

Hüseyn Abbas oğlu Əliyev
Hüseyn Abbas oğlu Əliyev
Əmək fəaliyyəti:
1994-2005 – Özəl sektorda idarəetmə sahəsində çalışıb;
2013-2018 – Azərbaycan Respublikasının Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri və təhsil nazirinin müşaviri vəzifələrində işləyib;
2018-2020 – Azərbaycan Respublikasının Vergilər nazirinin müşaviri vəzifəsini icra edib;
2020-2025 – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri vəzifəsində işləyib;
2026 – İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müşaviri vəzifəsində çalışır;
2019-cu ildən etibarən “Yüksəliş” müsabiqəsinin ictimai əsaslarla işçi qrupunun və 2022-ci ildən CBC Sport televiziya kanalının Müşahidə Şurasının üzvüdür.
