“HELİOS” müsabiqəsi üçün qeydiyyat

Müsabiqədə iştirak sizə müasir politologiya və iqtisadiyyatda geniş müzakirə olunan aktual məsələlərin və problemlərin üzə çıxarılmasında yeni təcrübə qazanmaq, analitik materialların hazırlanması və tərtibi sahəsində biliklər əldə etmək imkanı verəcək.

Sizin materiallarınız UNEC Tədqiqat fondunun rəsmi saytında (www.unectf.org) paylaşıla bilər.

Müsabiqə seminarlar vasitəsilə aparılacaq. Müsabiqənin gedişatı ərzində keçirilməsi planlaşdırılan seminar və məsləhətləşmələrin təşkili məqsədi ilə müvafiq sahələrdə uzun illər təcrübəsi olan, xüsusi dəvət olunmuş ekspertlər layihəyə cəlb olunacaq.

Siyahıda təklif olunan mövzulardan birini və ya ikisini seçə bilərsiniz.

Qeydiyyat ərizəsi 15 iyun 2023-cü il, Bakı vaxtı ilə saat 18:00-a qədər təqdim edilməlidir.

Müsabiqənin işçi dilləri Azərbaycan, rus və ya ingilis dilləridir.