Rusiyanın Avropa Ölkələri və Türkiyə ərazisində Azərbaycanın “Cənubi Qaz Dəhlizi”nə qarşı fəaliyyəti, bu istiqamətdə potensial təsir imkanları və istifadə etdiyi vasitələri.
İradə Məsimova, Sahə iqtisadiyyatı, Qərbi Kaspi Universiteti
Avropa uzun illər boyunca enerji ehtiyacları üçün Rusiyadan təbii qaz idxalına ümid edirdi, amma xüsusən 2009-cu ildə Rusiyanın “Qazprom” şirkəti ilə tranzit ölkə olan Ukrayna arasında qiymətlərlə bağlı mübahisədən sonra Qərbi Avropanın qazla təchiz edilməsi marşrutlarının müxtəlifləşdirilməsi üzrə addımlar atılıb. Ekoloji səmərə və nüvə enerjisinin qeyri-kütləviliyinin artması sayəsində Avropa energetika bazarında təbii qaz üstünlük verilən yanacağa çevrildi. Xüsusən, Rusiya qazının əsas istehlakçısı olan Almaniya təbii qaza daha çox bel bağlayır, belə ki, 2022-ci ilə qədər nüvə enerjisindən mərhələli şəkildə imtinanı planlaşdırır. Aİ nümayəndələri qeyd ediblər ki, 2011-ci ildə Avropada illik qaz istehlakı təxminən 500 milyard kubmetr təşkil edib, bunun ildə 125 mlrd. kubmetri Rusiyadan idxal olunub. Aİ-nin “Cənub qaz dəhlizi” yaradılması üzrə səyləri Avropanın Rusiya qazından asılılıqdan azad edilməsinə yönəlmiş enerji təchizatının müxtəlifləşdirilməsi layihəsinin bir hissəsidir.
Cənub Qaz Dəhlizi – Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.
Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. Bunun üçün bir sıra mövcud infrastrukturun genişləndirilməsi və yeni boru kəmərləri zəncirinin inşa edilməsi tələb olunur:
- Mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək
- Trans Anadolu Boru Kəməri (TANAP) Şahdəniz qazını Türkiyə ərazisi boyunca nəql edəcək
- Trans Adriatik Boru Kəməri (TAP) qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək
Cənub Qaz Dəhlizinin xəritəsi
Bu layihələr birlikdə Cənub Qaz Dəhlizi kimi tanınır. Bu, liderimiz İlham Əliyevin təşəbbüskarlığı nəticəsində meydana gələn dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Və bu, çox sayda müxtəlif maraqlı tərəfləri – o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcəyi ümid edilir. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır; Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.
Şahdəniz (ŞD) yatağı 1999-cu ildə kəşf edilmişdir. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağını özünün Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) tərəfdaşları adından BP şirkəti işlədir. Şahdəniz – struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır. BP şirkəti Şahdəniz BM-in operatorudur. Birgə müəssisənin tərəfdaşları aşağıda qeyd edilmişdir. 2001-ci ilin 29 sentyabr – Azərbaycan və Gürcüstanın rəsmi təmsilçiləri təbii qazın tranziti, nəql edilməsi və satışı üçün Hökumətlərarası Saziş və müvafiq müqavilələri imzalayıblar. Sənədlərin imzalanma mərasimində Prezident Sezer və Prezident Əliyev iştirak etmişdir. 2001-ci il 12 mart – Azərbaycan və Türkiyənin rəsmi təmsilçiləri Türkiyənin Azərbaycandan qaz almasına imkan yaratmaq üçün Ankarada Hökumətlərarası Saziş və Alqı-Satqı Sazişi imzalanmış və 2003-cü ilin 5 iyun tarixində Şahdəniz Mərhələ 1 üzrə müqavilələr bağlanılmışdır. Şahdəniz Mərhələ 1 üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb. Mərhələ 1 üzrə maksimum hasilat ildə təxminən 10 milyard kub metr qaz (mlrd.km/il) və gündə 50000 barel kondensat təşkil edir. 2014-cü ildə mövcud Şahdəniz qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırıldı. 2017-ci ilin 1 iyun tarixində isə Şahdəniz- 2 platformalarının birinci üst tikililəri dənizə yola salındı və həmin ilin 15 mart tarixində Şahdəniz Mərhələ 2 Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının ikinci dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan (BDÖZ) Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə yola salındı. 2017-ci il ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir. İl ərzində yataqdan 10,2 milyard standart kubmetr qaz və 2,4 milyon ton (təqribən 19 milyon barel) kondensat hasil edilmişdir. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.
20 oktyabr 2017-ci il tarixində “Cənub Qaz Dəhlizi” QSC (CQD) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanmışdır. Maliyyə naziri Samir Şərifov imzalanma mərasimində bildirmişdir ki, Azərbaycanın liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən verilən dəstək bu qlobal enerji layihəsinə inam və etibarın bariz nümunəsidir. Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi”ni enerji təhlükəsizliyi layihəsi adlandırdığını xatırladaraq bu layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulamışdır.
Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənubi Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 saylı Sərəncamının icrasına uyğun olaraq “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi Dövlət Neft Şirkətinə məxsus olan “Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyəti təsis edilmişdir.
Sərəncamın 2-ci bəndində müəyyən edildiyi kimi, Dövlət Neft Fonduna Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi, eləcə də Cəmiyyətə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilməsi tapşırılmışdır. Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə (İSN) həvalə edilmişdir. Həmin səhmlər üzrə dividendlər Dövlət Neft Fonduna köçürüləcəkdir.
Layihələrin həyata keçirilməsi üzrə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Layihələrin Cəmiyyət tərəfindən maliyyələşdirilməsi mexanizminin müəyyənləşdirilməsi haqqında ki 9 iyul 2014-cü il tarixli Qərarının ikinci bəndinə əsasən 2015-ci ildən etibarən Layihələrin maliyyələşdirilməsi Cəmiyyətin nizamnamə kapitalının İqtisadiyyat Nazirliyinə və ARDNŞ məxsus paylarının faiz nisbətinin qorunması şərtilə hər iki aydan bir artırılması şəklində Səhmdarlar tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Bununla bağlı, 31.06.2017 tarixə qədər Cəmiyyətin Müşahidə Şurasının və Ümumi Yığıncağının müvafiq qərarlarına əsasən nizamnamə kapitalı 2 415,8 milyon ABŞ dolları məbləğinə qədər artırılmışdır. Belə ki, Dövlət Neft Fondu tərəfindən Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün ümumilikdə 1 232,1 milyon ABŞ dolları (51%) vəsait ayrılmışdır. 2017-ci il ərzində İqtisadiyyat Nazirliyi tərəfindən Dövlət Neft Fonduna Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün müraciət edilmədiyindən layihə üzrə həmin müddət ərzində Fond tərəfindən vəsait ayrılma